TÜRKİYƏ TƏHLÜKƏLİ TERRORÇUNU PUA İLƏ MƏHV ETDİ – FOTO

0

Türkiyə Silahlı Qüvvələrinin (TSK) və Milli İstixbarat Təşkilatının (MİT) keçirdiyi ortaq əməliyyatla xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib.

Şimali İraqda SPUA (Silahlı Pilotsuz Uçan Aparat) ilə baş tutan əməliyyat nəticəsində PKK terror qruplaşmasının 4 silahlısı məhv edilib.

Hadisə, Şimali İraq Kərkük – Süleymaniyə yolundakı Kara Ancirdə baş verib. Məlumata görə öldürülən terrorçulardan biri Türkiyə vətəndaşı Şilan Goyi kod adlı Taybet Bilen olub.

Şilah Goyi PKK qruplaşmasının komandirlərindən biri olub. Xüsusi təhlükəli olan qadın terrorçu SPUA-nın dəqiq zərbəsi iləməhv edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Qardaş türkdilli dövlətlərin birgə səy göstərməsi ümumi maraq və mənafelərimizin təşviqinə böyük töhfə verə bilər”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Serjan Abdıkarimovu qəbul edib. Səfiri səmimi salamlayan...

Bağla