Türkiyədə “Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun qüvvəyə minib.
“Report” bu barədə “Resmi Gazete”yə istinadən xəbər verir.
Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən qəbul edilən qərar rəsmi qəzetdə yayımlanaraq qanuni qüvvə qazanıb.
Qeyd edək ki, sözügedən saziş 2024-cü il noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə imzalanıb. Azərbaycan həmin sazişi 2025-ci ilin aprelində təsdiqləyib.



