“Türkiyə və Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün çalışırıq”.

0

“Türkiyə və Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün çalışırıq”

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakıda “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə bütün təcrübələri ilə Azərbaycanın yanındadır.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən 15 milyard dollarlıq ikili ticarət hədəfinə çatmağa çalışırıq. Bu çərçivədə ticarətimiz 2023-cü ilin ilk 10 ayında 6 milyard dollara çatıb. Azərbaycanın hazırda ikinci ən böyük ticarət ortağıyıq”,- səfir əlavə edib.

Qeyd edək ki, Bakıda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iştirakı ilə “İş dünyasının görüşü” adlı tədbir keçirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda Türkiyənin vitse-prezidentinin iştirakı ilə “İş Dünyasının Görüşü” adlı tədbir keçirilib

Ötən gün Bakıda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iştirakı ilə "İş Dünyasının Görüşü" adlı tədbir keçirilib. "Report" xəbər verir ki, tədbirdə...

Bağla