Türkiyə XİN: İsrailin Qəzzada törətdikləri Livanda təkrarlanmamalıdır

0

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin Livana hücumlarını pisləyib.

Bu, Türkiyə XİN-in bəyanatında qeyd olunub.

“Təxminən bir milyon insanın didərgin düşməsinə səbəb olan hücumları şiddətlə qınayırıq” , – məlumatda bildirilib və əlavə edilib ki, bu hücumlar beynəlxalq humanitar hüququ pozur.

Türkiyə XİN-in bəyanatında vurğulanıb ki, İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatların Livanda təkrarlanmasına imkan verilməməlidir:

“İsrailin Livanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən hücumları fonunda Livan xalqı və dövləti ilə həmrəylik içində olmağa davam edəcəyik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN SƏFİRLYİ PAKISTANDA İFTAR SÜFRƏSİ TƏŞKİL EDİB

Pakistanda iftar süfrəsi təşkil olunub. "Report" xəbər verir ki, İslamabad şəhərindəki iftar süfrəsi Azərbaycanın Xarci İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq...

Bağla