Türkiyə XİN: Krımdakı vəziyyəti de-fakto tanımırıq və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik

0

Türkiyə Xarici İşlər Nazirliyi Krım Muxtar Respublikasının qanunsuz ilhaqını tanımadığını bir daha açıqlayıb.

“Report” xəbər verir ki, nazirlik bununla bağlı bəyanat yayıb.

“Rusiyanın Ukraynanın Krım Muxtar Respublikasını qeyri-qanuni referendum nəticəsində ilhaq etməsinin on ikinci ildönümündə beynəlxalq hüquqa zidd vəziyyəti de-fakto tanımadığımızı bir daha təsdiqləyirik. Türkiyə Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyini davam etdirməklə Krım türklərinin vəziyyəti başda olmaqla yarımadadakı inkişafı yaxından izləyərək məsələni gündəmdə saxlamayacaq”, – bəyanatda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq

Azərbaycanda martın 17-də havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında...

Bağla