TÜRKİYƏ YENİ PİLOTSUZ UÇUŞ APARATINI UĞURLA SINAQDAN KEÇİRİB

0

Türkiyənin “Baykar” şirkəti “Bayraktar” şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatının sınaqlarını uğurla həyata keçirib.

“Anadolu” xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Bildirilib ki, PUA-nın 8000 fut yüksəkliyə qaldırılması ilə bağlı sınaqlar uğurla başa çatıb.

Bu ildə istifadəyə verilməsi planlaşdırılan PUA avtonom və yarı avtonom uçuş, o cümlədən avtonom qalxma və enmə imkanlarına malikdir.

Taktiki pilotsuz uçuş aparatı həm də izləmə və kəşfiyyat toplama işlərini yerinə yetirir.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANLA ƏLAQƏLƏRİMİZ TARİXİMİZİN ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB”

“Azərbaycanla əlaqələrimiz və əməkdaşlığımız tariximizin ən yüksək səviyyəsinə çatıb”. “Report”un Ankara bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan...

Bağla