TÜRKİYƏDƏ 35 YAŞLI KİŞİ VƏ 7 YAŞLI UŞAQ DAĞINTILAR ALTINDAN SAĞ ÇIXARILIB

0

Türkiyənin Hatay şəhərində 35 yaşlı kişi dağıntılar altından sağ çıxarılıb.

Bu barədə “Report” “TRT haber”ə istinadən xəbər verir.

Eyni zamanda Qırğızıstan xilasediciləri bu gün 7 yaşlı Aliayçiçek adlı uşağı dağıntılar altından çıxarıblar. Bunu isə Özbəkistanın xarici işlər naziri Vladimir Norov tviter hesabında yazıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb. Təbii fəlakət zamanı həmçinin 80 mindən çox insan xəsarət alıb.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN-İN XİLASEDİCİLƏRİ TÜRKİYƏDƏ 51 NƏFƏRİ DAĞINTILAR ALTINDAN SAĞ ÇIXARIB

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar...

Bağla