TÜRKİYƏDƏ AZƏRBAYCANIN QƏLƏBƏSİ ŞƏRƏFİNƏ XATİRƏ SİKKƏSİ BURAXILIB

0

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı zəfəri tarixi hadisə olaraq Türkiyədə buraxılan gümüş xatirə sikkəsində öz əksini tapıb.

Türkiyə Cümhuriyyətinin Xəzinə və Maliyyə Nazirliyinin Zərbxana və Damğa Mətbəəsi tərəfindən buraxılan gümüş sikkənin üzərində “Qarabağ Azərbaycandır!” şüarı, ölkəmizin xəritəsi, dövlət gerbimiz, Şuşa qalası və məscid şəkili həkk olunub.

Sikkənin digər üzündə isə qələbəmizin rəmzinə çevrilən Xarı-Bülbül rəsmi əksini tapıb. Xatirə sikkəsi 50 manat nominal dəyərindədir və hazırda Türkiyədəki satış qiyməti 275 türk lirəsidir.

Qeyd edək ki, qardaş Türkiyədə Azərbaycanla bağlı tarixi hadisələrə dair xatirə sikkələrinin buraxılması davamlı xarakter alıb. Bundan əvvəl 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ötən il isə Nəsiminin 650 illiyi ilə bağlı sikkələr buraxılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İMAM QAZALADİDƏN NƏSİHƏT: ÖMRÜNÜZÜN QİYMƏTİNİ BİLİN – VİDEO

İmam Qazalinin bir nəsihəti var: Hər mömin sübh namazını qıldıqdan sonra bu şeyləri yadına salsın, özünə təlqin etsin. Mənim sərmayəm...

Bağla