TÜRKİYƏDƏ DƏHŞƏTLİ TERROR AKTININ QARŞISI ALINIB, SAXLANILANLAR VAR

0

PKK-nın Türkiyənin İstanbul şəhərində planlaşdırdığı terror aktının qarşısı alınıb.

“Habertürk”ün məlumatına görə, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.

O, qeyd edib ki, PKK terrorçularının avtomobilin altına yerləşdirdikləri 5 kiloqramlıq partlayıcı vasitə ələ keçirilib, bununla yanaşı, 2 nəfər saxlanılıb.

“Bu gün İstanbul polisi çox ciddi bir qətliamın qarşısını aldı. Polisimizin avtovağzalda ayıq-sayıqlığı və kəşfiyyatımız 5 kiloluq partlayıcını aşkar etdi. Onları yerləşdirənləri də tutdular. İki nəfər həbsdədir”, – Türkiyənin daxili işlər naziri deyib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANİ-KƏRİMDƏ “İFTİRA”

Bir kimsənin etmədiyi bir işi etdiyini iddia etmək mənasına gələn “iftira” Qurani-Kərimdə “اِفْك / ifk”, “بُهْتَان /bühtan” və “اِفْتِرَاء /...

Bağla