TÜRKİYƏDƏ HƏFTƏ SONU KOMENDANT SAATI TƏTBİQ EDİLİR

0

Koronovirusla mübarizə tədbirləri çərçivəsində şənbə və bazar günləri Türkiyənin 31 vilayətində komendant saatı tətbiq olunur. İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, hökumət adı çəkilən vilayətlərin sakinlərinin 48 saat ərzində evdən çıxmasının qadağan dilməsi barədə qərar qəbul edib.   

Qeyd edilir ki, 11 aprel saat 00:00-dan 13 aprel saat 00:00-a qədər Zonquldaqda və 30 vilayətdə (Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbəkır, Ərzurum, Eskişehir, Qaziantep, Hatay, İstanbul, İzmir, Qəhrəmanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van) sakinlərin küçəyə çıxmasına qadağa qoyulur. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERDOĞAN: “BTQ DƏMİR YOLU XƏTTİ ORTA ASİYAYA QƏDƏR UZADILA BİLƏR”

"Bu gün koronavirus pandemiyasının yayılması ilə beynəlxalq böhranla üzləşmişik. Bu isə ölkəmiz arasındakı ticarətə mənfi təsir göstərir. Bu sözləri, Türk...

Bağla