TÜRKİYƏDƏ MƏDƏNDƏ PARTLAYIŞ OLUB – ÇOX SAYDA ÖLƏN VAR

0

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.  Partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb. Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Koca, xilas edilən  11 mədənçinin yaralı olduğunu, onların müxtəlif xəstəxanalarda müalicə edildiyini deyib. Nazir əlavə edib ki, iki təcili yardım təyyarəsi reanimasiya xəstələrindən birini Ankaraya, beşini isə Başakşehir Çam və Sakura Xəstəxanasının yanıq mərkəzinə aparıb.

Energetika və təbii sərvətlər naziri Fateh Dönməz məlumat verib ki, partlayış baş verən mədəndə havalandırma sistemi işləyir. Xilasedicilər mədən işçilərindən 49 nəfərin yerləşdiyi bölmələrə çatmağa çalışırlar. Mədəndə yanğın yoxdur. Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir.

Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.

Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir. Axtarış-xilasetmə işləri davam edir.

Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN: “ZƏNGƏZUR DƏHLİZİ İLƏ BAĞLI HANSISA ÇƏTİNLİK GÖRMÜRƏM”

“Zəngəzur dəhlizinin açılması ilə bağlı hansısa çətinlik görmürəm”. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O,...

Bağla