Manisa valiliyi hadisə barədə çıqlama yayıb. Açıqlamaya görə, incident nəticəsində 8 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisəni törədən şübhəli şəxs isə polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.
10.12
Türkiyədə məktəbdə silahlı hücum olub, hadisə nəticəsində xəsarət alanlar olub.
İslamveirfan.com saytının yerli mətbuata istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 08 radələrində Manisa vilayətinin Turgutlu rayonunda baş verib.
Məlumata görə, Albayraak məhəlləsində, İnci Üzməz texniki peşə liseyinin qarşısında naməlum şəxs hara gəldi atəş açıb. İnsident nəticəsində bir neçə nəfər yaralanıb.
Hadisənin baş verdiyi yerə çox sayda polis və təcili yardım çağırılıb.
Faktla bğlı təhqiqatlar davam edir.



