Türkiyədə qadınların sahibkarlıqda aktiv iştirakı zərurət sayılır

0

Türkiyədə qadınların ictimai həyatda və o cümlədən sahibkarlıqda aktiv iştirakı zərurət sayılır.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadın və Kişi Bərabər İmkanlar Komitəsinin sədri Çiğdem Erdoğan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilmiş “Qadın sahibkarlığın inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı yan tədbirdə deyib.

O qeyd edib ki, Türkiyə Konstitusiyasında qadın və kişilərin hüquq bərabərliyi bütün sahələrdə, o cümlədən əmək münasibətlərində təmin edilib:

“Qadın sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə dövlət tərəfindən müxtəlif təşviq mexanizmləri tətbiq olunur. Bu çərçivədə qadın sahibkarlara göstərilən dəstək kişilərlə müqayisədə daha yüksək səviyyədə müəyyənləşdirilib”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Astrofizika kafedrası: Aprelin sonunda meteor yağışı müşahidə ediləcək

Aprel ayının sonunda "π-Puppid" meteor yağışı müşahidə ediləcək. Bu barədə "Report"a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib....

Bağla