TÜRKİYƏDƏ SİLAHLI HÜCUM OLUB, ÖLƏN VƏ YARALANANLAR VAR

0

Türkiyənin Ədirnə vilayətində 2 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücum olub.

Bu barədə “Haber Global”a xəbər verir.

Məlumata görə, İpsala rayonunda ov tüfəngi ilə silahlanmış şəxs kafeyə girərək atəş açıb. Hadisə zamanı 4 nəfər yaralanıb.

Zərərçəkənlər İpsala Dövlət Xəstəxanasına yerləşdirilib. Lakin onların ikisi ölüb.

Hadisəni törədən şəxsin saxlanılması ilə bağlı əməliyyat aparılır.

İnsidentin başvermə səbəbi və təfərrüatı açıqlanmır.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN-in Türkiyədəki mobil səhra hospitallarında 1364 nəfərə tibbi xidmət göstərilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 260-ı uşaq olmaqla 1364 nəfərə tibbi xidmət göstərilib. Bu barədə...

Bağla