TÜRKİYƏDƏ ŞİMŞEK DRONU UĞURLA SINAQDAN KEÇİRİLİB

0

Türkiyənin ŞİMŞEK dronu uğurla sınaqdan keçirilib.

Bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir sosial şəbəkə hesabında bildirib.

Türkiyə istehsalı olan ANKA pilotsuz uçuş aparatına (PUA) inteqrasiya edilən ŞİMŞEK qarşıya qoyulan məqsədlərə uğurla nail olub.

TUSAŞ şirkəti tərəfindən hazırlanan pilotsuz təyyarə havada 45 dəqiqəyə qədər qala bilir. Maksimal uçuş məsafəsi 70 km-dir.

ŞİMŞEK pilotsuz uçuş aparatı yerli silah sistemlərini sınaqdan keçirərkən ehtimal olunan düşmən hədəfi kimi çıxış etmək də daxil olmaqla müxtəlif vəzifələr üçün nəzərdə tutulub.

İsmayıl Dəmir qeyd edib ki, Türkiyə hərbi-sənaye kompleksi innovativ texnologiyaların inkişafını davam etdirir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini...

Bağla