TÜRKİYƏDƏ XÜSUSİ TƏYİNATLILAR 9 TERRORÇUNU MƏHV EDİB

0

Türkiyənin şərqindəki Tunceli vilayətində “Eren Kış” antiterror əməliyyatının 6-cı mərhələsi çərçivəsində PKK-nın 9 terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlıların 140 sığınacağı məhv edilib, çoxlu sayda silah-sursat məhv edilib.

Əməliyyatda 1 060-a qədər xüsusi təyinatlı iştirak edib.

Məhv edilən silahlılardan 5-i Türkiyə Daxili İşlər Nazirliyinin xüsusi təhlükəli terrorçular siyahısında olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ ERMƏNİSTAN ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏ TƏYİN EDİB

Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç ölkənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. TRT xəbər verir ki,...

Bağla