TÜRKİYƏDƏ ZƏLZƏLƏ OLUB, DAĞINTI VƏ XƏSARƏT ALANLAR VAR

0

Türkiyənin İzmir şəhərində iki nəfərin xəsarət alması və dağıntı ilə nəticələnən zəlzələ olub.

Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb.

“(Yerli vaxtla-red) Saat 3:29-da İzmirin Buca rayonunda baş verən 4,9 bal gücündə zəlzələdə indiyədək heç bir insan itkisi qeydə alınmayıb”, – nazir qeyd edib. Onun sözlərinə görə, zəlzələ zamanı təlaşa düşən iki nəfər xəsarət alıb, məscidin minarəsi zədələnib.

“Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, – nazir sosial şəbəkə hesabında qeyd edib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DÜNƏN AXŞAM VƏ SƏHƏRƏ YAXIN MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri...

Bağla