Türkiyədə zəlzələdə vəfat edənlərin sayı 41 min nəfəri ötüb

0

Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

“Son məlumatlara görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində 41 min 20 vətəndaş həyatını itirib”, – AFAD-ın yaydığı açıqlamada bildirilir.

Fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyənin səhiyyə naziri: “Zəlzələ bölgəsində epidemiya vəziyyəti yoxdur”

“Türkiyənin zəlzələ bölgəsində epidemiyaya səbəb olacaq vəziyyət yoxdur”. Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca tviter hesabında yazıb. Nazirin sözlərinə...

Bağla