Türkiyəli federasiya prezidenti: “Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam”

0

“Öz evimə gəlmişəm, burada olmaqdan məmnunam”.

Bunu Türkiyə Şahmat Federasiyasının prezidenti Gülkız Tulay “Shusha Chess 2022”nin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Buna görə Azərbaycan şahmat ailəsinə təşəkkür edirəm. Burada Türkiyədən iki şahmatçı mübarizə aparır”.

G.Tülayın sözlərinə görə, Şuşada olmaq çox gözəldir: “Turnir məhz burada keçirildiyi üçün, işlərimin çoxluğuna baxmayaraq, dəvəti qəbul etdim. Öz torpaqlarımızı görmək, dəyərlərimizi hiss etmək mənim üçün çox qiymətlidir. Bu səbəbdən təşkilatçılara minnətdarlığımı bildirirəm”.

Federasiya prezidenti Şuşadakı ilk beynəlxalq şahmat turnirində nəticənin önəm daşımadığını söyləyib: “Burada dünyanın ən yaxşı şahmatçıları çıxış edir. Mənə görə ən önəmlisi bu cür idmançıları Şuşada bir araya gətirməkdir”.

Qeyd edək ki, bu gün start götürən turnir sentyabrın 24-də başa çatacaq.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şuşa və Ərzurum arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Ərzurum Böyükşəhər Bələdiyyəsi arasında iki dost və qardaş ölkə kimi strateji tərəfdaşlıq münasibətlərinin mövcud...

Bağla