TÜRKİYƏLI HƏRBİ İSTEHKAMÇILAR MÜHƏNDİS TƏMİNATI ÜZRƏ MƏŞQLƏR KEÇİRİR – VİDEO

0

Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirir.

Məşqlər zamanı istehkamçılar ərazinin kəşfini aparır, xüsusi avadanlıqdan və təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim tapşırıqlarını icra edir.

Hazırlıq prosesi bitdikdən sonra türkiyəli mütəxəssislər azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesinə cəlb olunacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
METRONUN “8 NOYABR” STANSIYASININ GÖRÜNTÜLƏRİ YAYILIB – VİDEO

Bakı Metropoliteninin yeni tikilən “8 Noyabr” stansiyasının görüntüləri yayılıb. Video sosial şəbəkələrdə paylaşılıb. Stansiyanın platformasında işlər yekunlaşıb. Platforma Azərbaycan bayrağı...

Bağla