Türkiyəli nazir müavini: Bakıda keçirilən elmi konfransın Türk dünyası üçün böyük önəmi var

0

Birinci Türkoloji Qurultayla bağlı Bakıda keçirilən elmi konfransın Türk dünyası üçün çox böyük önəmi var.

“Report xəbər verir ki, bunu Türkiyənin milli təhsil nazirinin müavini Celile Eren Ökten “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, bu beynəlxalq konfransda modernləşən dilin problemlərini həll etmək yönündə ciddi müzakirələr aparılacaq:

“Həmçinin, dəyərlərdən, etimoloji tədqiqatlardan ortaq qavrayış məsələlərinə qədər uzanan geniş perspektivdən qiymətləndirmələr aparılacaq. Bu konfransda iştirak edən elm və akademiya nümayəndələri ortaq bir akademik bilik, illərin təcrübəsi ilə öz töhfələrini verəcəklər. Bu səbəbdən bugünkü tədbirin önəmi Türk dünyası üçün çox böyükdür”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIYA SULU QAR YAĞACAQ

Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, günün birinci...

Bağla