TÜRKİYƏLİ NAZİR ŞUŞAYA SƏFƏR EDƏCƏK

0

“Türkiyə və Azərbaycan münasibətlərinin tərifə ehtiyacı yoxdur. Biz “Bir millət – iki dövlət” şüarı ilə hərəkət edən iki ayrı toplumuq. Beləliklə, münasibətlərimizin səmimiyyəti və gücü məsələsində açıqlama verməyə gərək yoxdur”.

Bunu Bakıda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık bildirib.

“Azərbaycan və Türkiyə bölgədəki əməkdaşlığı ilə həm dünyada, həm də türk dünyasında təhlükəsizlik adası yaradan, dostlarına güvən, düşmənlərinə narahatlıq verən iki ölkə. Biz bundan öncə olduğu kimi, bundan sonra da Azərbaycanla münasibətlərimizi hər sahədə inkişaf etdirib artıracağıq”.

Türkiyə rəsmisi Şuşanı ziyarət edəcəyini də bildirib:

“Şuşa zəfəri Azərbaycanda necə sevinclə qarşılandısa, Türkiyədə də o cür qarşılanıb. Azərbaycan və türk dünyasının mədəniyyət mərkəzi olan Şuşanı ziyarət edərək həm şəhidlərin əziz xatirəsini anmaq və millətimizlə görüşmək niyyətindəyik”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ SƏDRİ GÜRCÜSTANA YOLA DÜŞÜR

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətlərinin dəvəti ilə iyulun 21-də Gürcüstan Respublikasına səfərə yola...

Bağla