TÜRKİYƏNİN AZƏRBAYCANDAKI DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRİNDƏ BAYRAQLAR ENDİRİLƏCƏK

0

Yanvarın 19-dan 20-nə keçən gecə Türkiyənin Azərbaycandakı səfirliyində, Naxçıvan və Gəncədəki baş konsulluqlarında və Bakıdakı Türk Şəhidliyində bayraqlar yarıya qədər endiriləcək. Bu barədə apa-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda aparılan mübarizənin dönüş nöqtəsi olan 20 Yanvar qətliamı əsla unudulmayacaq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 28 il əvvəl canlarını bu yolda fəda edən şəhidlərimizi rəhmətlə anırıq və bu acı gündə qardaş Azərbaycanın kədərini paylaşırıq”, – deyə açıqlamada bildirilir.

Xəbər: ŞİRƏLİ MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SOSİAL MEDİASIZ YAŞAMAQ MÜMKÜNDÜRMÜ?

Etiraf edirəm, çətin idi bu qərarı vermək. Çünki bunu hər kəsə deyəcəkdim və düşünürdüm ki, bu sözümdə cığallıq etsəm, heç...

Bağla