Türkiyənin Diyarbəkir vilayətində polisə atəş açılıb, dörd nəfər saxlanılıb

0

Türkiyənin Diyarbəkir vilayətinin Yenişehir rayonunda xidmət göstərən polis əməkdaşlarına silahla atəş açan 4 nəfər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Sözügedən rayonunun Şehitlik məhəlləsində şübhəli şəxslər polis əməkdaşlarına atəş açıb. Hadisə zamanı yaralanan olmayıb. Hadisə yerinə polis qüvvələri cəlb edilib və əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Şübhəlilərdən birinin həbs cəzası olsa da, indiyədək cəzadan yayındığı qeyd edilib.

Faktla bağlı araşdırma aparılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ankarada Azərbaycanın Zəfərindən bəhs edən iki kitabın təqdimatı keçirilib

Ankarada Azərbaycanın Zəfərindən bəhs edən "Xarüqələr yaradan qətiyyətli lider" və "Qalib sərkərdənin zərif gücü" kitabları təqdim olunub. "Report"un Türkiyə bürosunun...

Bağla