TÜRKİYƏNİN GƏMİ ƏLEYHİNƏ RAKETİNİN SINAĞI UĞURLA BAŞA ÇATIB – VİDEO

0

Türkiyənin gəmi əleyhinə raketi “Atmaca” (“Şahin”) ordunun silahlandırılmasına daxil olmazdan əvvəl son sınaq zamanı gəmi formalı suüstü hədəfi müvəffəqiyyətlə vurub.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tvitterdəki səhifəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, həlledici sınaq bu gün keçirilib.

“Vətənimizin polad qılıncı, gəmi əleyhinə raket “Atmaca” hərbi arsenala daxil olunmasından əvvəl bu gün son sınağı zamanı ilk dəfə gəmi şəklində hədəfi vurdu. Silahlı Qüvvələrimizə və Donanmamıza xeyirli, uğurlu olsun”, – prezident sosial şəbəkədəki hesabında yazıb.

Türkiyə Prezidenti həmçinin raketin müvəffəqiyyətli sınağını əks etdirən videonu da paylaşıb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖZBƏKİSTANDA VIII ƏSRƏ AİD QURAN KİTABI BƏRPA OLUNUB

Özbəkistanın Mədəniyyət Nazirliyi yanında Mədəniyyətin və İncəsənətin İnkişafı Fondu ən qədim Quran əlyazmalarından olan, VIII əsrə aid Katta Langar Quranının...

Bağla