Türkiyənin Hatay vilayətində partlayış baş verib – VİDEO

0

Türkiyənin Hatay vilayətinin İskenderun rayonunda partlayış baş verib.

Yerli mətbuatın yaydığı məlumata görə, hadisə terror əməliyyatına cəhd edən terrorçunun zərərsizləşdirilməsi vaxtı baş verib.

Hatay valisi Rəhmi Doğan, hadisə nəticəsində insan tələfatının olmadığını bildirib.

“Təhlükəsizlik qüvvələrimizin Payas nəzarət məntəqəsində şübhələndiyi 2 terrorçudan biri izlənmə nəticəsində İskenderunda zərərsizləşdirilib və bu vaxt partlayış baş verib. Hər hansı bir insan tələfatı baş verməmişdir. Bölgədə əməliyyatlar davam edir.” – deyə vali Doğan açıqlamasında bildirib.

Faktla bağlı araşdırmalar davam edir.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğandan Makrona: “İrqçilik və İslamofobiya psixozun əlamətidir”

“Hər nə qədər də Makronun xoşuna gəlməsə də, öncəki gün etdiyim çağırışı yenidən təkrarlamaq istəyirəm: irqçilik və İslamofobiya vəzifəsi, mövqeyi...

Bağla