Türkiyənin hava məkanına yaxınlaşan PUA zərərsizləşdirilib

0

Qara dəniz istiqamətindən hava məkanına yaxınlaşan, idarəetmədən çıxdığı müəyyən edilən pilotsuz uçuş aparatı (PUA) F-16 qırıcıları tərəfindən vurularaq zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hava hədəfi mövcud prosedurlar çərçivəsində nəzarətə götürülüb.

Hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə NATO və milli nəzarət sistemində olan F-16 qırıcılarına döyüş hazırlığı tapşırığı verilib. Onun idarəetmədən çıxmış pilotsuz uçuş aparatı olduğu müəyyən edilib və mümkün risklərin qarşısını almaq üçün yaşayış məntəqələrindən kənarda, təhlükəsiz ərazidə vurularaq məhv edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Gündüz İsmayılov: Din xadimlərinin biliklərinin genişləndirilməsinə ehtiyac var

Din xadimlərinin dini bilikləri qənaətbəxş deyil. Onların biliklərinin genişləndirilməsinə ehtiyac var. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini...

Bağla