Türkiyənin Qəzzaya göndərəcəyi sülhməramlı qüvvə İsrail üçün təhdid olmayacaq

0

Türkiyənin Qəzzaya göndərəcəyi sülhməramlı qüvvə İsrail üçün təhdid olmayacaq.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Yaponiyanın “Kyodo News” xəbər agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qəzza zolağında təhlükəsizliyi təmin edəcək beynəlxalq sabitləşdirici missiya üçün qüvvələr hazırlanıb və təlimlərə başlanılıb:

“Türkiyənin də belə bir qlobal sülhməramlı missiyanın tərkibində yer almaqda məqsədi humanitar yardımlara töhfə vermək və münaqişələri dayandırmaqdır. Bizim sülhməramlı qüvvəmiz İsrail üçün təhdid təşkil etməyəcək”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH HAVA YAĞMURSUZ VƏ DUMANLI OLACAQ

Azərbaycanda yanvarın 8-də havanın yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında...

Bağla