TÜRKKİYƏDƏN ŞƏHİD ÖVLADLARINA SOVQAT GÖNDƏRİLİB – VİDEO

0

Vətən müharibəsində dünyasını dəyişən şəhidlərin övladları üçün Türkiyə “Uşaq Oyunları və İdman Klubları” Federasiyasının təşkilatçılığı ilə hədiyyə karvanı Türkiyədən yola çıxıb.

İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağcı şəxsi tvitter səhifəsində paylaşım edib.

“Uşaq Oyunları və İdman Klubları Federasiyasının hədiyyə karvanı, Vətən müharibəsində şəhid olanların uşaqları üçün hazırlanan hədiyyələrlə Türkiyədən yola çıxıb. İyunun 1-də Azərbaycanın Tovuz rayonunda olacaqlar. Yolunuz açıq olsun. Gözləyirik.” – deyə səfir paylaşımında qeyd edib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN MİLLİSİ BU GÜN TÜRKİYƏ İLƏ QARŞILAŞACAQ

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olacaq....

Bağla