TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb

0

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb.

“Report” xəbər verir ki, bu barədə bəyanat TÜRKPA-nın saytında yayımlanıb.

Qeyd olunub ki, bu cür hərəkətlər qarşılıqlı hörmət prinsipini sarsıdır və regional mühitdə gərginliyi daha da artırmaq riski yaradır.

“Etnik nifrətin təzahürü dinc birgəyaşayış və məsuliyyətli ictimai davranış dəyərləri ilə bir araya sığmır.

Biz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda sabitlik və konstruktiv fəaliyyət üçün zəruri elementlər kimi dialoq, təmkin və qarşılıqlı hörmətin təşviq edilməsinin, eləcə də regionda sülh, qarşılıqlı hörmət və etimadın inkişaf etdirilməsinin vacibliyini bir daha vurğulayırıq”, – bəyanatda vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə XİN: Cənubi Qafqazda yaranan sülh bəzi qüvvələrə verilən güclü bir cavabdır

Cənubi Qafqazda ortaya çıxan sülh və barış mühiti bölgənin əməkdaşlıq və sabitlik hövzəsinə çevrilməsini istəyənlərin tarixdən düşmənçilik yaratmağa çalışan qüvvələrə...

Bağla