TÜRKPA müşahidəçi statusu almaq üçün sənədləri yaxın günlərdə ATƏT PA-ya göndərəcək

0

TÜRKPA müşahidəçi statusu almaq üçün sənədləri yaxın günlərdə ATƏT PA-nın Beynəlxalq Katibliyinə göndərəcək.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, TÜRKPA-nın Baş katibi Ramil Həsən ATƏT PA-nın Vyanada keçirilən qış sessiyası çərçivəsində qurumun Baş katibi Roberto Montella və Prezidenti Pere Con Pons Sampietro ilə görüşüb. Görüş zamanı ATƏT PA ilə TÜRKPA arasında 2010-cu ildən etibarən davam edən əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı əsasda ortaq layihələrdə iştirak və keçiriləcək beynəlxalq konfranslarda birgə iştirak ilə bağlı müzakirələr aparılıb.

Eyni zamanda, görüşlərdə 57 ölkəni birləşdirən ATƏT PA-da müşahidəçi statusunun əldə olunması istiqamətində TÜRKPA tərəfindən bütün zəruri sənədlərin toplandığı və yaxın günlərdə qurumun Beynəlxalq Katibliyinə göndəriləcəyinə dair məsələlər də müzakirə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hacı Əziz məscidinə qanunsuz müdaxilənin qarşısı alınıb, iş məhkəməyə göndərilib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacı Əziz məscidində aparılan qanunsuz təmir işlərinin qarşısını...

Bağla