UĞURLU OLMAQ ÜÇÜN NƏ ETMƏLİYİK

0

Başlıq heç kimin xoşuna gəlmədi, bilirəm…Ürəyindən belə istəklər keçən, zehnində belə planlarıolanlar xaric… Bu mənim, dünyanın №1Pik Performans Koçu (Coach) Tony Robbinsdən öyrəndiyim və həyatıma tədbiq etməkdə ən çox çətinlik çəkdiyim metodlardan biridir.

Qarşınıza qoymuş olduğunuz hədəfə çatmaq üçün ən ideal strategiyanı hazırlamış, bütün məlumatları toplamış ola bilərsiniz, amma boşanmamısınızsa, bütün bunlara baxmayaraq yenə də uğursuz olacaqsınız;bu, çox önəmlidir. Boşanmamaq o deməkdir ki, ayaqlarınızı irəlilətmək istəyərkən güclü bir qüvvə daim geriyə doğru çəkəcək və siz normalda ola biləcək sürətinizdən daha az bir vaxtda irəliləyəcək və hədəfinizə o ləngimə ilə yaxınlaşacaqsınız.

 Bilirəm, deyirsiniz ki, bu necədə eqoist, acımasız, mənfəətpərəst, kapitalist yanaşmadır. Olmaz olsun bu cür uğur və qalibiyyət deyirsiniz, bilirəm. Amma bu fikrinizi bir neçə saniyə sonra dəyişəcəyəm. Boşanmalısınız, amma xanımınızdan, ya da bəyinizdən deyil, boşanmalı olduğunuz başqa bir şeydir və bu normal boşanmadan fərqlidir…Bəlkədə,daha çox çətindir.

Boşanmalı olduğunuzu deyərkən – hər uğursuz olduğunuzda, hər dəfə həyatınızda olan, amma sevmədiyiniz, xoşlamadığınız hər nə varsa, onların həyatınızda hələ də var olma səbəbini açıqlayarkən, etmək istədiyiniz dəyişiklikləri reallaşdıra bilməmə səbəblərinizi izah edərkənəsas olaraq zehninizdə özünüzə və digərlərinə anlatdığınız və illərdir təkrarlaya-təkrarlaya durduğunuz o HEKAYƏLƏRDƏN boşanmalısınız.

Niyə hələdə sizin üçün ideal olan hədəfinizə çata bilməmisiniz? Niyə siz “istədiyiniz insan” ola bilmirsiniz? Niyə xarakterinizdə bəyənmədiyiniz xüsusiyyətləri hələ də dəyişə bilməmisiniz? Bunların sizə görə səbəbləri var və bu səbəblərin cəmi də sizin daim özünüzə və digərlərinə anlatdığınız hekayələrdir. Ən acı olan isə budur ki, bunu siz də, mən də adətən şüursuz olaraq edirik, yəni o qədər təkrarlamışıq ki, əslində, bu hekayələri xarakterimizin, kimliyimizin ayrılmaz hissəsi kimi görürük.Problem buradadır ki, biz unuduruq; özümüzə və digərlərinə anlatdıqlarımız, istifadə edə-edə vərdiş halına gətirdiyimiz – hekayələrimizdir.

Düşünün, əgər siz tənbəl olduğunuzu daim özünüzə və digərlərinə deyirsinizsə, nizam-intizam problemi olduğunu təkrarlayırsınızsa, daim görüşlərə gecikən biriyəm deyirsinizsə, hətta bəzən bunu zarafata çevirir, bunun ətrafında danışır, deyib-gülürsünüzsə, o zaman bilin ki, dünyadakı ən mükəmməl strategiya və alətlər belə sizi hədəfinizə aparmayacaq.

Əlbəttəki, bir məqalə ilə mən bundan tamamən xilas olmaqda sizə kömək edə bilmərəm.. Amma demək istədiklərim də var, hansılar ki, sizə çox faydalı olacağından əminəm,əgər tətbiq etsəniz.

Bugündən qərar verirsiniz: özünüz haqda heç bir neqativ, bacarıqsızlığınızı izah edən hekayələri qəbul etməyəcəksiniz, bunu beyniniz dır-dır edib dəfələrlə xatırlatsa belə, ətrafdakılar bunu sizə deyib dursalar belə… Siz qəbul edin ki, gücünüz, potensialınız möhtəşəmdir, çox qətiyyətli, bacarıqlısınız.Hal-hazırda düşündüyünüzdən daha çox güclüsünüz. Bunları sizə motivasiya vermək üçün demirəm, belə bir məqsədim də yoxdur. Bunlar reallıqlardır, hazırda sizdə var olan və illərdir o boşanmalı olduğunuz hekayələriniz ucbatından mürgüləyən bacarıqlarınız, Allahın sizə verdiyi xəzinələrdir.

İkinci olaraq etməli olduğunuz hərəkət: özünüzə nəzarət etmək və hər dəfə bu hekayələrdən hansınısa anladanda tez özünüzü durdurmaq, o hekayəyə ondan ayrıldığınızı, boşandığınızı, artıq onun sizə illərdir etməkdə olduğu xəyanətlərə əsla icazə verməyəcəyinizi deməkdir.

Amma bu da kifayət deyil və bunun üçün də, üçüncü addımı atmalısınız: hər zaman dediyim və bir növ təbliğatçısı olduğum İCRAATA fokuslanacaqsınız. Düşünməklə uğurlu olunmayacağını və mütləq nəsə etməli olduğunuzu xatırlayıb qərar verəcəksiniz. Bu hekayələrdən tamamən xilas olmaq və bunları inkar edəcək dəyişiklikləri etmək üçün edə biləcəyiniz ən kiçik işləri etməyə başlayacaqsınız. Misal üçün, dəyişmək istədiyiniz nədirsə, onu bir anda dəyişməyə çalışmayıb, ən kiçik hissələrəayıracaq, hər gün üzərində işləməyə qərar verəcək və uzun müddətli bunun üzərində aqressivcə əmək sərf etməyə söz verəcəksiniz.Xəyalən 771-ci ilə gedəcək və Tariq Bin Ziyadın Cəbalütariq boğazındakı “Gəmiləri Yandırın!” əmrindəki adanmışlıqla qərar  verəcəksiniz. Bu addımı gözardı etsəniz və yaşamasanız digərləri işə yaramayacaq. Onun üçün də, mütləq düşünməklə, o hekayələri inkar etməklə kifayətlənməyib daima nə və ya nələrsə edəcəksiniz – o istədiklərinizi reallaşdırmaq üçün.

Və son olaraq da, özünüzə bunun uzun, çətin bir proses olduğunu deməli və özünüzə söz verməlisiniz, sona çatana qədər hər gün bir addım atıbgələcəyinizi bu neqativ hekayələrin insafından xilas etmək, onlardan birdəfəlik, əbədiyyən BOŞANMAQ ÜÇÜN.

Odur ki, hər şeyi hazır edin, qərar verin və boşanın o xəyanətkar hekayələrinizdən!

İSMAYIL  VƏLİYEV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İCAZƏSİZ GÖTÜRDÜKLƏRİ ÇÖRƏYİN PULUNU VERİB HALALLIQ İSTƏDİLƏR

Türkiyə Biləcik vilayətinin Söyüd rayonunda qəribə bir hadisə baş verib. Məhəllədəki ərzaq mağazasının qarşısındakı şkafdan müxtəlif vaxtlarda icazəsiz çörək götürən...

Bağla