ÜMRƏ ZİYARƏTİ ÜÇÜN XARİCDƏN ZƏVVAR QƏBULU BAŞLAYIR

0

Qlobal pandemiya səbəbindən dayandırılan Ümrə ziyarəti üçün xaricdən zəvvar qəbuluna başlanacaq.

Islamveirfan.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “əl-Əxbəriyyə” telekanalı məlumat yayıb.

Kanalın ötən gün yaydığı məlumatda bildirilir ki, gecənin yarısından etibarən ölkə daxilindən və ölkə xaricindən Ümrə ziyarəti üçün zəvvar qəbulu başlayacaq.

7 aylıq fasilədən sonra mərhələli bərpa edilən Ümrə ziyarətinin üçüncü mərhələsinə əsasən bazar ertəsi günündən xaricdən ilk zəvvar qrupunun Hərəmi-Şərifə qəbul edilməsi nəzərdə tutulur.

Açıqlamada virusa qarşı bütün gigiyenik tədbirlərin görüləcəyi, müqəddəs Kəbəyə gündəlik 20 min zəvvar qəbul ediləcəyi bildirilib.

Qeyd edək ki, kovid-19 virusu səbəbilə bu ilin mart ayında dayandırılan Ümrə ziyarəti, oktyabr ayından mərhələli olaraq bərpa edilməyə başlayıb. İlk mərhələ oktyabrın 4-də başlayıb və sadəcə Səudiyyə Ərəbistanından 6 min zəvvar qəbul edilib.

İkinci mərhələ isə oktyabrın 18-də başlayıb və yenə sadəcə Səudiyyə Ərəbistanından 10 min zəvarın qəbul edilib. Bu mərhələdən sonra həm Məscidi-Haramda, həm də Məscidi-Nəbəvidə vaxt namazları ilə cümə namazının kütləvi qılınmasına başlanıb.

Sabah başlayacaq üçüncü mərhələdə isə xaricdən zəvvar qəbul edilməsi nəzərdə tutulur.

Sonuncu – dördüncü mərhələdə isə gündəlik 100 zəvvarın qəbul edilməsi nəzərdə tutulur. Sonuncu mərhələnin tarixi açıqlanmasa da, bunun üçün pandemiyaya qarşı təhlükəsiz mühitin olması şərti ifadə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik, bütün dünyaya türkün gücünü göstərdiniz”

“Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm, cənab Prezidentim.” İslamveirfan.com xəbər verir ki, bu sözləri prezident İlham Əliyevin qəbul nitqindən...

Bağla