ÜMRƏ ZİYARƏTİNİN ŞƏRTLƏRİ OMİKRON ŞTAMI SƏBƏBİLƏ DƏYİŞDİRİLDİ

0

Omikron ştamında baş verən artım səbəbilə Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliyi əcnəbi zəvvarların ölkəyə qəbul edilməsi şərtlərini dəyişdirib.

Əcnəbi zəvvarlar üçün tətbiq edilməsi məcburi olan qaydalar peyvənd, PCR və karantin olmaqla üç mərhələdən ibarətdir.

Buna görə xaricdən gələn və Səudiyyə Ərəbistanın qəbul etmədiyi, amma Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi vaksinlə peyvənd olunanlar üç günlük karantinə götürüləcəklər. Karantin sonunda PCR testi neqativ çıxanlar ümrə ziyarətlərini həyata keçirəcəklər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı; 2 doza Pfizer BioNTech, Comirnaty, Oxford AstraZeneca, Covishield, SK Bioscience, Vaxzevria, Moderna, Spikevax və 1 doza Johnson & Johnson peyvəndlərini qəbul edir.

Əcnəbi zəvvarlara tətbiq edilən yaş məhdudiyyəti isə 18 yaşla 50 yaş arası olaraq açıqlanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NOBEL MÜKAFATI LAUREATI ƏZİZ SƏNCƏR ŞUŞAYA GEDƏCƏK

Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər Azərbaycana gəlib. Bu barədə Azərbaycan İqtisad Universitetinin (UNEC)...

Bağla