UŞAQ TƏRBİYƏSİ VƏ AİLƏDAXİLİ ÜNSİYYƏT

0

Hindən götürdüyü iki yumurtanı qaçaraq anasına gətirdi.

Ana uşağın əlindəki yumurtaları götürüb bişirdi və yedilər. Səhərisi gün iri bir toyuq vardı uşağın əlində, ana çox xoşbəxt oldu. Toyuqdan yemək bişirdilər və nuşi canlıqla yedilər. Üstəlik anası möhkəm qucaqladı övladını. Bir həftə sonra iri bir qoyun böyük bir ziyafətlə yeyildi. Uşaq böyüdü, işlər yaxşı gedir deyərkən bir gün evlərinə polislər gəldi. Gənci qandallayıb aparırdılar. Ana isə arxasından ağlayırdı. Anasına baxdı və dedi: “Heç ağlama, gətirdiyim o iki yumurtanın hesabını soruşmadın ki, övladım, haradan almısan deyə, bax, ana bütün bunların sonunda sən də günahkarsan!” Hər uşağın içində ya bir qəhrəman, ya da bir cani vardır. Bu uşaq ana və atasının yaxşı bir təhsil verməsi ilə qəhrəman da ola bilər və ya əksinə cani də. Uşağın ilk yaşlarda aldığı təhsil və tərbiyə çox əhəmiyyətlidir. Pişiyə süd verən uşağın aldığı tərbiyə ilə əlində çubuq ilə pişikləri qovan uşağın aldığı tərbiyə heç şübhəsiz, eyni deyil.

Şübhəsiz, uşaqların yetişdirilməsində ailədaxili ünsiyyətin əhəmiyyəti çox böyükdür. Hər ana və ata xeyirli bir övlad istəyir, xeyirli bir övlad yetişdirmək isə müəyyən təhsil və fədakarlıq istəyir. Uşaqlar fitrətlərinə uyğun dünyaya tər-təmiz gəlirlər. Onu yetişdirən ana və atalardır. Uşaqlar, xüsusilə kiçik yaşda analarına və digərlərinə qarşı çox xeyirxah, comərd və nəzakətlidirlər. Bəzi uşaqlar digərlərinə qarşı daha mərhəmətlidir. Xeyirxah bir övlada sahib olmaq üçün sevgi dolu bir ailə həyatı təmin edilməlidir. Uşaqlarını sevməyin, sağlam böyütməyin, onlara dəstək olmağın vacibliyinə inanan ana və atalar digər insanlara qarşı daha düşüncəli, anlayışlı və xeyirxah uşaq olmalarını da  istəyə bilərlər. Burada ana və atanın tutumu çox əhəmiyyətlidir. Uşaqlar valideynlərin yaxşı xasiyyətlərindən qidalanıb, xeyirxah ola bilərlər. Ümumiyyətlə, övladlar  ana-atalarını model olaraq görürürlər.

Uşaq tərbiyəsində müəyyən qaydalar tətbiq oluna bilər. Lakin bu qaydalardan istifadə edərkən səbəbi açıqlanmalıdır. İntizamsız uşağın tərbiyəsi də yaxşı olmayacaq. Yüngül avtoritar ailə tərzində uşaqlar yaxşı yetişir və inkişaf edir. Qayda qoyularkən ana-ata birlikdə hərəkət etməlidir. Uşaqlara qaydalar qoyularkən mütləq surətlə izah edilməli, onların etibarlarını qazanılması istiqamətinə çalışılmalıdır. Əgər uşağa, “yoldaşına vurursan, “yoldaşının canını ağrıdırsan” kimi xəbərdarlıq etməklə yanaşı, “başqalarına vurmamalısan” kimi diqqətə çarpan bir şəkildə qaydalar da qoyulmalıdır.                                  

Uşağa kömək etmə duyğusunun həm bu dünyada, həm də axirətdə mükafatı olacağının izah edildiyində uşaqlar daha nəzakətli və həssas olarlar. Bütün ailələr uşaqlarına nəyi etməməsi lazım olduğunu söyləmək üçün çox vaxt xərcləyirlər. Əslində. əhəmiyyətli olan nə üçün etməməli olduğunu söyləməkdir.  Uşağa gözəl davranışlarının olduğunu xatırlatmaq faydalıdır, edə biləcəyi öhdəliklər tapşırmaq özünə etibarını artırar, qardaşlarına, ailə üzvlərinə kömək etməyi, cibxərcliklərindən ehtiyacı olanlara verməyi öyrətmək ona ictimailik qazandırar.                                               

Bu gün ana-ataların üzərinə düşən vəzifə Peyğəmbərimizin bir hədisi- şərifinə uyğun övlad yetişdirməyə cəhd göstərməkdir: “Mömin başqaları ilə ülfət edər (xoş dolanar) və özüylə ülfət edilər. Kimsəylə ülfət etməyən və özüylə ülfət edilməyən adamda xeyir yoxdur”. Uşaqlarımızda görmək istədiyimiz gözəl və xoş davranışları əvvəl ana-ata olaraq bizlər öz əməllərimizdə tətbiq etməliyik ki, onlar da comərd, düşüncəli, yardımsevər davranışlar nümayiş etsinlər. Uşaqlar söylədiklərimizi deyil, etdiklərimizi təqlid edəcəklər. Davranışlarımız söylədiklərimizi əks etdirmirsə, nəticə kifayət qədər yaxşı olmayacaq.  Mükəmməl uşaqlar istəyiriksə, qüsursuz ana -atalar olmalıyıq. Uşaqlarımızı sevgi ilə böyüdərkən onları başqalarının yanında tənqid etməməli və müqayisə etməməliyik. Etdikləri gözəl və müsbət davranışlar üçün onları təqdir etməli, bəzən münasib hədiyyələrlə mükafatlandırmağı bacarmalıyıq.    

   Əlif Güldar

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏKKƏ – MƏDİNƏ ARASI MƏSAFƏ 1 SAAT OLDU

Məkkə və Mədinə şəhərləri arasında səfər etmək üçün nəzərdə tutulan “Harameyn Sürət Qatarı” layihəsinin açılışı olub.

Bağla