VALİDEYN MODELİ

0

İnsanoğlu böyük bir məqsəd üçün yaradılmışdır. Aləmlərin Rəbbi, yer üzündə xəlifəm dediyi insana lazımlı bütün təchizatları vermişdir. İslamın fitrət dediyi bu təchizat mexanizmi fərqli şəkillərdə işləyir. İnsan hələ ana bətnində ikən anasının bioloji və psixoloji hallarından təsirlənər və xarici dünyadan beləcə xəbərdar olmağa başlayar. Beləcə şüuraltı adı verilən sistem də avtomatik olaraq dövrəyə girmiş olar.

Əbu Hüreyrədən (r.a.) rəvayət edildiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Hər doğulan uşaq yaradılış üzrə doğular. Sonra ana-atası onu yəhudi, xristian və ya atəşpərəst edər” (Buxari).

Bu hədisi-şərif doğulan hər insanın öyrədilməyə hazır olduğunu göstərir.

Yaradılış və genlərlə keçən xüsusiyyətlər sayəsində uşaq, valideynlərin əlində formalaşmağı gözləyən yumşaq bir xəmir kimidir. Onu formalaşdırmaq, yəni yetişdirmək, öyrətmək, başda ana-atanın məsuliyyətindədir.

Yeni doğulmuş bir körpə, biz hiss etməsək də, kiçik bir kamera kimi hər şeyi qeyd edir. Böyüdüklərində veriləcək nəsihətlərdən daha təsirlisi ilk aylardan etibarən duyduqları və gördükləridir. Danışdığımız, izlədiyimiz, dinlədiyimiz hər şey ona təsir edər. Bu səbəbdən ilk təhsil mərkəzi olan evlərdəki həyat tərzi, fərdlərin xarakterləri baxımından mühüm əhəmiyyət kəsb edir. Uşaq ana-atanı hər mövzuda nümunə almağa başlayır. Əvvəl təqlidlər şəklində gördüyünü edərkən, sonradan bunlar vərdiş halına gəlməyə başlayır.

Ailə uşağına gözəl nümunə olmağa çalışarkən, bu əmanətə diqqət etməlidir; tərtəmiz bir səhifəni ən gözəl şəkildə yazmağa diqqət etməlidir!

Bu gün bizi narahat edən, düşündürən sıxıntılarımızdan biri də yetişən nəsildə olan örnək modelin qarışıq olmasıdır. Bu qarışıqlıq istər ilk yaşlarda, istərsə də yetkinlikdə və gənclikdə olan problemlərin başlanğıc səbəblərindəndir. Biz uşaqlarımıza lazımlı hər mövzuda ən gözəl nümunə olmağa çalışmalıyıq.

Ailə fərdlərinin yerinə bu gün daha çox TV və internetin keçdiyi və onların uşaqların şəxsiyyətlərinə təsiri bilinməlidir. Təəssüf ki, bu gün bir uşağı ana atasından, nənə-babasından, bacı-qardaşından daha çox TV və internet yetişdirir. Yemək-içmək, danışmaq, yatmaq kimi ən sadə gündəlik mövzularda belə uşaqlar izlədiklərini təqlid edirlər. Üç yaşındakı uşağa ana sağ əli ilə yemək lazım olduğunu öyrədərkən, o uşaq üçün nümunə olaraq yüzlərlə insan sol əli ilə yeyir. Yemək yemir deyə hələ altı aylıqkən çizgi film ilə başı qatılan, dəcəllik etməsin, işimə mane olmasın deyə əlinə telefon verilən bu nəsil, əlbəttə kimi örnək alacağını bilmədən böyüyəcək. Çünki artıq nənələrin ibrətlik nağılları qəribə qəhrəmanlarla; babaların xatirələri, nəsihətləri isə əxlaqi cəhətdən xoş olmayan səhnələrlə əvəz olundu.

Evlərimiz bizim qorumaq məcburiyyətində olduğumuz ən əhəmiyyətli qalalarımızdır. Qala divarında açılan hər dəlik, nəsillərə ən böyük zülm qapılarıdır. Bu qalanı qorumaq istəyən valideynlərin etməli olduğu bəzi mövzulara təkidlə diqqət çəkmək lazımdır.

Edilməsi lazım olan ilk şey evə zərər verəcək TV və internet saatlarını minimuma endirməyə çalışmaqdır. Bu mövzuda ailələr acizlik göstərməməli və əllərindən gələn nə varsa etməlidirlər.

Uşaqlarımıza haqqı söyləməli, xatırlatmalı və gündəlik proqramlarını biz hazırlamalıyıq. Yaşları neçə olursa olsun, haqqın proqramlarında yer almasından mütləq təsirlənəcəklər. Məsələn, surələrin mənalarını anlama günü, hədis oxuma günü, İslamda nümunəvi şəxsiyyətləri və İslam başçılarının tanınması günü kimi… Evdə danışılan, müzakirə olunan hər bir mövzu uşaqlarımızın dünyasını formalaşdıracaq.

Dua bizim ən böyük güc mənbəyimizdir. Valideynlər həm əllərindən gələni etməli, həm də nəsilləri üçün dua etməlidirlər. Qurani-Kərimdə yer alan Peyğəmbər duaları bizim üçün çox gözəl nümunələrdir. Uşaqlarımız üçün etdiyimiz dualar eşidəcəkləri şəkildə səsli etsək onlar üçün nə arzuladığımızı başa düşər və bu yöndə yaşamaq istəyərlər. “Salehlərdən olasan, hafiz olasan, alim olasan, cənnət əhlindən olasan, Rəbbimin xeyirli bir qulu olasan, Peyğəmbərimizin (s.ə.s.) sevdiyi olasan” duaları daim dilimizdə olsun və uşaqlarımız da bunları eşitsinlər. Edilən hər dua güclü bir mesaj olaraq zehnə və ürəyə yerləşər.

Gündəlik həyatın içərisindəki sünnələri böyük-kiçik hər kəsin tətbiqi mövzusunda evdə davamlı bir təşviq olmalıdır. Ən azından yeməkdən əvvəl-sonra əlləri yumaq, yatmazdan əvvəlki dualar, oyandıqda oxunan dualar, tualet ədəbi, salamlaşma, ev-bədən təmizliyi sünnə olaraq izah edilməlidir. Uşaqlar kiçikdirsə, evin müxtəlif yerlərinə vurulan yazılarla yadlarına sala bilərik. “Onsuz da bilirlər, demək gərək yoxdur”, deyilməməlidir. Çünki hər kəsin xatırlamağa ehtiyacı vardır.

Evimizə sevgi, təqdir və təşəkkür hakim olmalıdır. Sərt, əmr edən, əsəbləşən, küsən, təşəkkür etməyən bir valideyn uşaq üzərində təsirli ola bilməz. Etdiyi gözəl işlər, sünnələr təşviq edildiyi qədər təqdir də edilməlidir. Təqdir və təşəkkür insanı hərəkətə keçirən əhəmiyyətli məqamlardır.

Uşaqlara xoşbəxt ola biləcəkləri və öyrənə biləcəkləri bir mühit yaratmaq lazımdır. Bunu meydana gətirərkən həm böyüklərdən, həm də öz yaşıdlarından ibarət olan ətrafın yaradılması bizim verməyə çalışdığımız dəyərlərin möhkəmlənməsi üçün çox əhəmiyyətlidir. Bəzən ailənin içindən biri qədər sevilən bir böyüyümüz, bir dostumuz uşaqlarımıza təsirli ola bilər. Yeni örtünmüş bir qızımıza “maşallah nə qədər gözəl yaraşır” kimi ifadələrin təsiri çox böyükdür. Ətrafdakı böyüklərin uşaqlara, gənclərə söylədikləri nəzakətli ifadələr, kiçik bir hədiyyə ailəyə böyük köməklik göstərə bilər. Yaşıdı olan gözəl yoldaşlar da uşağın özünü tək hiss etməməsi üçün lazımlıdır. Namaz qılan, Quran oxuyan yoldaşlar ona bu yolda irəliləmək üçün asanlıq olar. Dost çevrəsi hazırlamaq bir çox baxımdan uşağa faydalı olacaqdır.

Ailə fərdlərimizə dəyər verərək, sevərək, xatırladaraq olacağımız nümunə ümid bəslədiyimiz nəsillərimiz üçün bitib-tükənməyəm bir sərmayədir. Səbirlə, dua ilə yola davam edək. Cənnət səfərinə ailə fərdlərimizlə birlikdə bütün çətinliklərə, ətrafın təsirlərinə baxmayaraq davam edək. Qazanmaq üçün mübarizəyə davam edək …

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMANLARI TƏHQİR EDƏN SENATORUN BAŞINDA YUMURTA QIRDILAR – VİDEO

Avstraliyalı yeniyetmə Yeni Zelandiyada məsciddə baş verən terrorda müsəlmanları günahkar bilən senator Freyzer Enninqin başında yumurta qırıb. Senatora hücum videosunu...

Bağla