VİRUS SƏBƏBİNDƏN HİNDİSTANDA MÜSƏLMANLARA TƏZYİQLƏR ARTIB

0

Hindistanda səbəbsiz yerə hücumlara və təzyiqlərə məruz qalan müsəlmanların vəziyyəti, koronovirus pandemiyasından sonra daha da çətinləşib. Yeni Dehli şəhərində yaşayan ərəb əslli şəxs müsəlmanların hədəf halına gəlməsi barədə, Türkiyədə nəşr olunan “Yeni Şafak” qəzetinə açıqlama verib.

“Müsəlmanlara istiqamətlənmiş təzyiqlər yeni deyil, amma karantin vaxtında bu daha da çətinləşdi. Bir müddət əvvəl heç bir səbəb olmadan bir məscidi yandırdılar. İndoneziyadan gələn təbliğ camaatından bəzisinin testinin pozitiv çıxması ilə onlarla görüşən hər kəsi həbsə saldılar və işgəncə etdilər. Koronovirusu ölkəyə müsəlmanların gətirdiyini iddia etdilər. Halbuki həmin müdətdə müsəlmanlarla yanaşı bütün cəmiyyətlə tədbirlərini, toplantılarını keçirirdilər, hələ yasaq qoyulmamışdı…” – deyə həmin şəxs bildirib.   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENTDƏN MRACİƏT: TÖVBƏ NAMAZI QILIN (VİDEO)

Pakistanın prezidenti Arif Alvi İslam Şurası ilə keçirdiyi görüşdən sonra koronovirus təhlükəsinə görə ölkə əhalisinə müraciət edib. İslamveirfan.com xəbər verir...

Bağla