XARİCDƏKİ MÜQƏDDƏS YERLƏRƏ KÜTLƏVI ZIYARƏTİN TƏŞKİLİ QAYDALARI DƏYİŞİLDİ

0

Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətlərinə dair tələb müəyyənləşir.

Məlumata görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CAHİT BAĞCI: “BAYRAMI QARDAŞ ÖLKƏNİN PAYTAXTI BAKIDA QEYD EDİRİK”

Bakıda Türkiyənin 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı və Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 101-ci ildönümü qeyd...

Bağla