YARALI ANASINI 6 SAAT BELİNDƏ APARDI

0

Afrinin qərbindəki Cinderes bölgəsi sakini Dalal Kerduş terrorçuların açdığı atəşlə yaralanan 80 yaşlı anasını Türkiyəyə qədər belində aparıb.

Məlumata görə, bölgədə terrorçuların təzyiqlərinə məruz qalan ailə Türkiyəyə sığınmağa qərar verib. Ailə piyada yola düşüb və Dalal yeriyə bilməyən 80 yaşlı anasını belində daşıyıb. Bu vaxt 80 yaşlı Hilal əl-Əhməd terrorçuların açdığı atəşlə yaralanıb. Yaralı anasını yerə qoymayan Dalal 12 km-lik yolu 6 saata qət edərək Hatayın Reyhanlı rayonuna çatıb.

Türkiyədə müalicə olunan qadının qan itkisi səbəbindən nitq qabiliyyətini müvəqqəti olaraq itirdiyi bildirilir. Rayonun sərhəd kəndlərindən birində çadıra yerləşdirilən ailəyə kənd sakinləri ərzaq və yanacaq yardımı edib.

45 yaşlı Dalal Kerduş PKK/PYD terror qruplaşmalarına qoşularaq Türkiyəyə qarşı döyüşmədikləri üçün təzyiqlərə məruz qaldıqlarını deyib.

Xəbər: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏYAT TƏRZİMİZ NECƏ OLMALIDIR?

Qurani-Kərim yaxşı insanı müəyyən etmək üçün bir şəkil çəkmişdir. Rəsuli-Əkrəm (s.ə.s) də sanki bu şəklin içinə girərək onu canlandırmışdır. O...

Bağla