Yaşar Gülər PKK, PYD, YPG və SDQ-dən silahı yerə qoymağı tələb edib

0

PKK və onunla əlaqəli bütün qruplar ləğv qərarı çərçivəsində Suriya daxil olmaqla, olduqları bütün bölgələrdə dərhal bütün terror fəaliyyətlərinə son qoymalı və şərtsiz olaraq silahlarını təslim etməlidirlər.

“Report xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirlkdə təşkil edilən “Medal Təqdimetmə, Uğurlu Birlik və Personalın Mükafatlandırılması Mərasimi”ndə bildirib.

Onun sözlərinə görə, başda PKK, PYD, YPG və “Suriya Demokratik Qüvvələri” (SDQ) olmaqla heç bir terror təşkilatının bölgədə kök salmasına imkan verilməyəcək. “Prezidentimizin liderliyi altında “Terrorsuz Türkiyə” prosesi başlayıb və bu prosesin uğurla davam etdirilməsini arzulayırıq” , – nazir vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DYP DUMANLI HAVA ŞƏRAİTİ İLƏ BAĞLI XƏBƏRDARLIQ EDİB

Hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır....

Bağla