Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunub

0

Oktyabrın 10-u axşam saatlarında Yerdə başlayan maqnit qasırğası iyul ayından bəri ən güclü qasırğa olub.

TASS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasınıdan məlumat verilib.

“Yerdə son üç ayın ən güclü maqnit qasırğası baş verir. Sonuncu dəfə bu gücdə maqnit qasırğası 4 iyul 2026-cı ildə müşahidə olunub”, – məlumatda bildirilib.

Alimlər qeyd ediblər ki, geomaqnit təlatümlərinin səbəbi həftənin əvvəlində Günəş aktivliyinin güclü sıçrayışı zamanı kosmosa atılan günəş plazması buludlarının Yerə çatması olub.

Hazırda maqnit qasırğasının intensivliyi beş ballıq şkala üzrə G3 (“güclü”) səviyyəsinə uyğundur.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DYP XƏBƏRDARLIQ EDİB

Baş Dövlət Yol Polisi İdarəsi yağışlı və dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə BDYPİ-dən məlumat verilib....

Bağla