ZAKİR HƏSƏNOV TÜRKİYƏ ORDUSUNA TƏŞƏKKÜR EDİB

0

“44 günlük Vətən müharibəsində Türkiyə Cümhuriyyəti, xalqı və Silahlı Qüvvələri Azərbaycanın yanında olmaqla, bu mübarizənin zəfərlə başa çatmasına səbəb olub”.

“Report”un Ankara bürosunun məlumatına görə, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində iştirak edən Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.

“2013-cü ildə Prezident İlham Əliyev məni müdafə naziri təyin edəndə bildirdi ki, bizim beynəlxalq hüquqa ümidimiz yoxdur, ikili standartlar var, biz gərək torpaqlarımızı öz gücümüzlə azad edək və “Bir millət, iki dövlət” prinsipindən çıxış edərək Türkiyə Silahlı Qüvvələrinin bilik və bacarığı, dəstəyi ilə ordumuzu quraq. Başda hörmətli nazirmiz Hulusi Akar olmaqla Türkiyə ordusuna, xalqına və dövlətə öz minnətdarlığımı bildirirəm”, – nazir deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HULUSİ AKAR: “QAFQAZDA SÜLHÜ BƏRQƏRAR ETMƏK ÜÇÜN AZƏRBAYCANI DƏSTƏKLƏYİRİK”

"Qafqazda sülhü bərqərar etmək üçün Türkiyə olaraq bütün qüvvəmizlə Azərbaycanı dəstəkləyirik". “Report”un Ankara bürosunun məlumatına görə, bunu Türkiyənin milli müdafiə...

Bağla