ZAKİR HƏSƏNOV VƏ HULUSİ AKAR BİRGƏ HƏRBİ TƏLİMLƏRİ MÜZAKİRƏ EDİB

0

Azərbaycanla Türkiyənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin daha da artırılması məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akarın görüşündə bildirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 4-də Azərbaycana səfərə gəlib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HULUSI AKAR AZƏRBAYCANA GƏLIB – VIDEO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfərə gəlib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. H.Akarı Türkiyə Silahlı Qüvvələrinin...

Bağla