ZİLZAL SURƏSİNİN TƏFSİRİ

0

Zilzal surəsi, yerin böyük bir silkələnmə ilə sarsılacağı və içindəki yüklərin çölə atılacağı günü xatırlatmaqla başlayır. Surənin təfsiri ilə bağlı hədislərdən biri belədir: Abdullah b. Ömərdən rəvayət edildiyinə görə, surə nazil olarkən orada olan Əbu Bəkr ağlamağa başladı və Həzrət Peyğəmbər (s.) bunun səbəbini soruşduqda, surənin onu ağlatdığını söylədi. Surə möhtəvası etibarilə qiyamət günündən xəbər verir. Eyni zamanda surədə zəlzələnin nə qədər dəhşətli olduğu xüsusi ifadələrlə insanlara bildirirlir. 

Surənin fəziləti haqqında çox sayıda hədis rəvayət edilmişdir. Bu hədislərdən birində bir səhabə Allah Rəsulunun (s.) hüzuruna gələrək ondan Quran oxumasını xahiş edir. Həzrət Peyğəmbər (s.) əshabına dönərək ona “əlif ləm ra”, “ha mim” və ya təsbih məfhumu ilə başlayan surələrdən oxunmasını istədi. Əshab surələri oxuyub bitirdikdən sonra həmin şəxs; “Yaşlandım, ürəyim sıxıldı, dilim düyümləndi” deyərək fikir bildirdi. Rəsulullah (s.) daha sonra ona Zilzal surəsini oxutdurdu. Səhabələr mütaliəsini bitirdikdən sonra: “Səni haqq peyğəmbər olaraq göndərən Allaha and olsun ki, ömrümün sonuna qədər buna (Qurana) başqa bir şey əlavə etməyəcəyəm” dedi və oradan ayrıldı. Bunun üzərinə Həzrət Peyğəmbər (s.) əshabına dönərək belə buyurdu: “Bu adam nicat yolunu tapdı” (Əbu Davud, “Şəhru-ramazan”, 9). Abdullah b. Abbasdan rəvayət edilən başqa bir hədisdə Allah Rəsulu (s.) Zilzal surəsinin Quranın yarısına, İxlasın üçdə birinə və Kafirun surəsinin dörddə birinə uyğun olduğunu bildirmişdir (Tirmizi, “Fəzailü’l-Quran”, 10 Kafirun surəsi ilə bağlı bəyanatın səhihliyi ilə bağlı bax: DİA, 24/ 149). Şəhabəddin Mahmud əl-Alusi Zilzal surəsinin Quranın yarısı ilə üst-üstə düşməsini oradakı müddəaların dünya və axirətlə bağlı olması və surənin qısaca olaraq axirət hökmlərini ehtiva etməsi ilə əlaqələndirmişdir (Ruhu’l-məani, 30/602). 

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan könüllüləri zəlzələ bölgəsindəki zərərçəkən ailələrin və uşaqların qayğısına qalır

Türkiyədəki zəlzələdən sonra qardaş ölkəyə yardım məqsədi ilə yollanan Azərbaycanlı gənclər yerli sakinlərin ən böyük dəstəkçilərindən birinə çevrilib. Bu barədə...

Bağla