BAKIDA AZƏRBAYCAN-TÜRKİYƏ BİRGƏ TƏLİMİ BAŞLAYIB

0

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

İyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
EVİNİN YANMAMAĞI ÜÇÜN AZAN OXUDU – VİDEO

Türkiyə Denizli vilayəti Merkezefendi rayonunun Göveçlik məhəlləsindəki meşəlik ərazidə yanğın baş verib. Yanğın küləyin də təsiri ilə şəhər mərkəzinə doğru...

Bağla