Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa və quruculuq işlərindən danışıb.

“Report” xəbər verir ki, Ərdoğan Qarabağda genişmiqyaslı quruculuq, tikinti və dirçəldilmə səfərbərliyinin həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir və Türkiyə Azərbaycan tərəfinə hər cür dəstək göstərir.

Ərdoğan, həmçinin Qarabağın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq

Türkiyə və Azərbaycan müdafiə sənayesi texnologiyaları sahəsində ixtisaslı kadrların hazırlanması məqsədilə əməkdaşlığı doktorantura proqramları ilə genişləndirəcək. "Report" "Haber Global"a istinadən...

Bağla