İlham Əliyev Ərdoğana başsağlığı verib

0

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir vilayətində metallurgiya zavodunda 17 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

“Əziz Qardaşım.

İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa və...

Bağla