ƏRDOĞAN: “FƏLƏSTİN PROBLEMİ İLƏ BAĞLI HƏLL VARİANTLARI GÜNDƏMƏ GƏLƏ BİLƏR”

0

“Fələstin problemi ilə bağlı həll variantları gündəmə gələ bilər”.

“Posta” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə səfərinə əhəmiyyət veririk. Başqa bir mühüm məqamda Türkiyə-İsrail münasibətlərində təbii qazdan digər sahələrədək müxtəlif addımların atılmasıdır. Əvvəl bu addımları atmaq üçün imkan olmuşdu, amma o vaxtı İsrail Prezidentinin bu məsələyə mənfi münasibətinə görə proses yarımçıq qaldı. İndi isə çox fərqli irəliləyişlər ola bilər. Arzumuz Türkiyə ilə İsrail arasında əlaqələri gücləndirmək və regiona sabitlik gətirməkdir”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ sədri: “Erməni kilsəsinin rəhbəri sülhü təşviq etmək əvəzinə, revanşizmə ruhlandırır”

“Milli-mənəvi dəyərlərə sadiqlik və bəşəri dəyərlərə ehtiram Azərbaycan xalqının təfəkkür meyarıdır. Biz Qarabağda mənəvi abidələrimizi dirçəldirik, məscidlərlə yanaşı kilsə və...

Bağla