Ərdoğan meşə yanğınlarının söndürülməsində Azərbaycanın köməyindən danışıb

0

“Yanğınların söndürülməsinə Azərbaycandan da təklif gəlib. Bir təyyarə göndərilib. Həmin təyyarə indi meşə yanğınlarının söndürülməsində yer alıb”.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada meşə yanğınlarının söndürülməsindən danışarkən deyib.

Türkiyə Prezidenti yanğının söndürülməsi işlərinin davam etdiyini, Rumıniya və İsraildən təyyarə dəstəyi ilə kömək təklifinin olduğunu bildirib. Lakin hələlik yardımlara ehtiyac olmadığından Türkiyə təbii fəlakətlə öz vəsaiti hesabına mübarizə aparır.

Dövlət başçısı vurğulayıb ki, 15-i təyyarə, 46-sı helikopter olmaqla ümumilikdə 61 hava maşını yanğınların söndürülməsində iştirak edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türk Dövlətlərinin Parlament Assambleyasının növbəti iclası İstanbulda keçiriləcək

Türk Dövlətlərinin Parlament Assambleyasının XII plenar iclası 27-29 aprel 2023-cü il tarixlərində İstanbulda keçiriləcək. Ötən gün Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata...

Bağla