Ərdoğan: “Zəngilan aeroportu regionun dünya ilə əlaqəsinin gücləndirilməsi üçün strateji həmlədir”

0

“Zəngilan Hava Limanı regionun dünya ilə əlaqəsinin gücləndirilməsi üçün strateji həmlədir”.

 “CNNTürk” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı oktyabrın 20-də Azərbaycana səfərindən danışıb: “Zəngilan və Cəbrayıl rayonlarına işgüzar səfərimiz uğurla başa çatdı. Zəngilan Beynəlxalq Hava Limanının açılışını əziz qardaşım İlham Əliyevlə birgə həyata keçirdik. Zəngilan aeroportu təkcə Azərbaycan deyil, bütün region üçün əhəmiyyətlidir. Regionun dünya ilə əlaqəsinin yenidən qurulmasının gücləndirilməsi nöqteyi-nəzərdən strateji həmlədir. İnşallah, bu addımları Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə daha da qüvvətləndirəcəyik”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev yol qəzası keçirən Binəli Yıldırıma və Şamil Ayrıma baş çəkib

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və...

Bağla